Xolesterol səviyyəsini aşağı salmağa kömək edən MEYVƏ

Diyetoloq Əli Breçer xolesterolu azaltmaq və ürək sağlamlığını yaxşılaşdırmaq üçün gündə iki alma yeməyi tövsiyə edib.

Viral.az xəbər verir ki, onun sözlərini “Daily Mirror” sitat gətirir .

Brecher izah etdi ki, almanın tərkibi xolesterolu idarə etməyə kömək edir.

Son Yazılar:

Onun sözlərinə görə, bu maddənin ən yüksək konsentrasiyası alma qabığında və nüvəsində olur.

Dietoloq onu da bildirib ki, bu meyvə təzyiqi salmaq, ürək sağlamlığı və insultdan qorunmaq üçün faydalıdır.

Breçer almanın başqa bir üstünlüyünü tərkibindəki vitaminlərin yüksək olması adlandırdı. Onun sözlərinə görə, bir meyvə yeməklə siz gündəlik C vitamini dozanızın on faizini, həmçinin bir porsiya K və E vitaminlərini əldə edə bilərsiniz.

Yusif EYVAZLI