İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.
Viral.az-ın məlumatına görə, İranın Ali Lideri İmam Xomeyni adına ibadət mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideri bildirib ki, İran vətəndaşlarının səsvermədə aktiv iştirakı və seçicilərin sayının artması İran üçün qətiləşmiş ehtiyacdır.
Xamenei prezident seçkilərinin önəminə diqqət çəkib və vətəndaşların seçimi ilə 4 il ərzində prezident tərəfindən ölkənin idarə olunacağını bildirib.
Qeyd edək ki, bu gün (28 iyun) yerli vaxtla saat 08:00-da İranda növbədənkənar prezident seçkiləri başlayıb. 14-cü çağırış prezident seçkilərində 61 452 321 seçici səsvermə hüququna malikdir.
Prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf rəqabət aparacaq.