Yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.
Son Yazılar:
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
“Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin, investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq”, – o deyib.
Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin, dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.