Avropa İttifaqının (Aİ) sammitində Rusiyanın dondurulan aktivlərindən əldə edilən vəsaitlərdən Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi ilə bağlı razılıq əldə olunmayıb.
Viral.az xəbər verir ki, Avropa Şurasının rəhbəri Şarl Mişel müzakirələrin davam etdiriləcəyini bildirib.
“Böyük yeddilikdə biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişik. Əminəm ki, yaxın həftələrdə Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar verəcəyik”, – deyə o qeyd edib.
Son Yazılar:
- Xüsusi təyinatlı təhsil müəssisələri ilə bağlı qaydalar TƏSDİQLƏNDİ
- Əli Əsədov mühüm qərar İMZALADI
- Dövlət başçısı onları təltif etdi
Bundan əvvəl Aİ sammiti zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə bu qurum arasında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalanıb. Aİ tərəfdən sazişi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Şarl Mişel imzalayıb.