Uğurlu arıqlamanın üç sadə YOLU

“Üç sadə şərtə əməl etsəniz, pozulmadan sabit kilo itkisinə nail ola bilərsiniz”.

Viral.az xarici KİV- istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yuliya Repnikova danışıb.

Həkim bildirib ki, arıqlamağa kömək edən üç sütun keyfiyyətli yuxu, müntəzəm idman və balanslı qidalanmadır.

Son Yazılar:

“Niyə indi bəzilərinin çəkisi 100 kiloqramdır? Çünki onlar az hərəkət edir, çox yeyirlər və səhv yatırlar”, – deyə izah edib.

Onun sözlərinə görə, boşqabdakı payın yarısı tərəvəz, qalan dörddə ikisi ət və yan yeməklərdən ibarət olmalıdır. Eyni zamanda, bir anda 450 qramdan çox olmayan yemək yeməlisiniz. Müntəzəm yemək də vacibdir – hər üç-beş saatdan bir.

Repnikova əlavə edib ki, təkbaşına arıqlaya bilmirsənsə, psixoloq və ya psixiatrdan kömək istəməlisən.

Yusif EYVAZLI