Peru sahillərində baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində azı 11 nəfər xəsarət alıb.
Viral.az xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.
Daha əvvəl beş qurban barədə məlumat verilmişdi. Səlahiyyətlilərin bildirdiyinə görə, Peruda zəlzələnin nəticələrinə görə hələ ki, ölüm faktı qeydə alınmayıb.
Son Yazılar:
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
Zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İca şəhərindən 250 km cənub-şərqdə, mənbə 56 km dərinlikdə yerləşib. Hakimiyyət sunami təhlükəsi elan edib, lakin sonra onu ləğv edib.
Yusif EYVAZLI