Aktyor Allahverdi Yolçuyev beyin pili əməliyyatı keçirib.
Viral.az xəbər verir ki, parkinson xəstəliyindən əziyyət çəkən sənətçi axşam.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu bildirib. O, 2-3 gün sonra evə buraxılacağını qeyd edib:
“Hazırda bir az ağrılarım var. Qızım yanımdadır. Əməliyyat uğurla keçib. Pili beynimə yerləşdiriblər, amma hələ birləşdirməyiblər. 10-15 gün sonra pili birləşdirəcəklər və ondan sonra əlimin əsməsi dayanmalıdır. Çox şadam ki, artıq Azərbaycanda bu əməliyyatı da edirlər”.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO