Məktəblilərimiz Riyaziyyat Olimpiadasında uğurlu çıxış etdi

Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.

 

Viral.az xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümümilikdə 54 medal qazanıb. Bu il ilk dəfə olaraq ölkəmiz ikinci yerə yüksəlib və həmçinin ilk dəfə olaraq qız şagirdimiz qızıl medal əldə edib.

Son Yazılar:

 

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.