Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı paylaşım edib.
Viral.az xəbər verir ki, o, sabah Doğuşun ad günü olduğunu bildirərək, onu təbrik edib.
“Gərəyi yoxdur, hər sözü kəlmə ilə bəyan etməyə. Bir bakış min söz edər, baxışdan anlayana. Nə gözəl söyləyib Mövlana. Eşq alova, məsafə küləyə bənzəyər. Əgər alov kiçikdirsə, külək onu asan söndürər. Əgər böyükdürsə, böyütdükcə, böyüdər.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
Bu fani dünyada gördüyüm hər işi eşqlə, sevgi ilə etdim və elə də davam edirəm. Həyatdan, sevgidən, işdən, hətta kədərdən belə zövq aldım. Yaşadığım hər bir hiss Rəbbimin bizə nəsib etdikləridir, çox şükür. Verdiyi sevincə, kədərə də milyon dəfə şükür olsun. Doğuş, qocalırsan. Doğum gününə bir neçə saat qaldı” deyə, Xoşqədəm birgə görüntülərinə yazıb.
Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var. // Axşam.az