Elektrikli avtomobillərin ƏSAS PROBLEMİ

“JD Power” tədqiqatçıları bildiriblər ki, elektrik avtomobillərinin nasazlığı daha çox proqram təminatı ilə bağlıdır.

Viral.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Analitiklər elektromobillərin, hibrid avtomobillərin və daxili yanma mühərriki (ICE) olan avtomobillərin xarab olma hallarını təhlil ediblər. Məlum olduğu kimi, elektrik avtomobilləri və “plug”in hibridləri, demək olar ki, hər bir parametrdə – mühərrik, şassi, yanacaq komponentləri və s. baxımından daxili yanma mühərrikləri olan avtomobillərdən daha tez-tez xarab olur.

Son Yazılar:

Sorğunun nəticələrinə görə, 100 benzin və dizellə işləyən avtomobilə 180 təmir hadisəsi, 100 elektrik avtomobilinə isə 266 hal düşüb. Toplanmış məlumatlar əsasında ekspertlər elektrik nəqliyyatının əsas problemini – proqram təminatını müəyyən edə biliblər. Demək olar ki, həmişə problemlər elektronika ilə bağlı idi.

JD Power eksperti Frank Hanlinnin sözlərinə görə, elektrik avtomobilləri və hibrid avtomobillərin kritik nasazlıqları daxili yanma mühərrikləri olan avtomobillərlə müqayisədə üç dəfə çox qeydə alınıb. Hanlinin sözlərinə görə, belə problemlər yaranarsa, avtomobili dilerə aparmaq mümkün deyil və təmir tələb olunur – problem daha yüksək texniki səviyyədə düzəldilməlidir.

Yusif EYVAZLI