Yaxşı yuxu yatmaq üçün bunları edin

“Yatmaq üçün optimal otaq temperaturu təxminən 21 dərəcə selsidir. Bundan əlavə, orada nəmli hava olmalıdır”.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə somnoloq Pavel Kudinov bildirib.

Kudinov yatmazdan əvvəl soyuq su ilə yaxalanmağı məsləhət görüb.

Son Yazılar:

“Günortadan sonra pəncərələri pərdələyə bilərsiniz ki, otaq çox qızmasın, gün ərzində qalın pərdələrdən istifadə edib işıq axını azaltmaq üçün qaranlığın analoqunu yarada bilərsiniz”, – deyə həkim vurğulayıb.

Somnoloq aydınlaşdırıb ki, təmiz havada istənilən gəzinti və fiziki fəaliyyət yuxuya getmə prosesini asanlaşdıracaq. Kudinov bunu onunla izah edib ki, gəzinti zamanı ağlına pis fikirlər daha az gəlir, fiziki fəaliyyət zamanı isə adrenalin yandırılır və insanın yatmazdan əvvəl narahatlığı azalır.

(redaktor.az)