Almaniyanın səmasında qara üzük görünür

Almaniya sakinləri iyulun 3-ü axşam saatlarında səmada qara halqalar görüblər.

Viral.az xəbər verir ki, bu barədə “Bild in Russian” “Telegram” kanalı məlumat yayıb.

Üç qara halqa “Vilhelmsruh” və “Rosenthal” rayonlarının sakinləri tərəfindən müşahidə edilə bilib. Yerli sakinlərin sözlərinə görə, bunlar istehsal zamanı və ya pirotexniki vasitələrdən istifadə nəticəsində əmələ gələn his halqaları ola bilər. Belə ki, başqa bir yerli sakinin sözlərinə görə, konsertlərində külli miqdarda pirotexniki vasitələrdən istifadə edən alman “Rammstein” qrupu bu ərazidə məşq edib.

Son Yazılar:

Səmada qeyri-adi halqalar əvvəllər də müşahidə olunub. Belə ki, 2022-ci ildə onları Vyetnam və Sinqapur sakinləri görüblər.

(redaktor.az)