Ötən axşam Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsinə start verilib.
Viral.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada 5:3 hesabı ilə daha dəqiq olan Fransa yarımfinala adlayıb.
Yarımfinalda İspaniya və Fransa üz-üzə gələcək.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.
5 iyul
Avro-2024
1/4 final
23:00. Portuqaliya – Fransa – 0:0 (penaltilər seriyası – 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion”.
20:00. İspaniya – Almaniya – 2:1
Qol: Dani Olmo, 52 (1:0), Virtz, 89 (1:1), Merino, 119 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.