İlham Əliyevdən Türkiyə millisinə dəstək: “…bunu qətiyyətlə pisləyirəm!”

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

Viral.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Prezident daha sonra qeyd edib:

Son Yazılar:

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”.