Roman Qriqorçukun köməkçiləri açıqlandı

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub. Onların arasında italiyalı mütəxəssis də var.

 

Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

Litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcəklər.

 

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.