Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.
Viral.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.
Son Yazılar:
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
- 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ
Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:
– Şəhid ailələrinin övladları;
– Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– tək işləyən valideynlərin uşaqları;
– orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– hərbi xidmətdə olan valideynlərin uşaqları;
– təhsilalan anaların uşaqları;
– çoxuşaqlı ailələrdən olan uşaqlar;
– qəyyumluqda olan uşaqlar.