12 iyun saat 11:00-da ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aktivləşdirilib.
Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 1 ay müddətində Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edilib:
Son Yazılar:
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
“12 iyul saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək. 12 iyul tarixinə qədər valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə sms də göndəriləcək. Məktəb və müəllim seçimi 13 sentyabr tarixinə qədər davam edəcək. Qeyd edək ki, müsahibədə uğur qazanan uşaqların 85%-i məktəb və müəllim seçimi edib.