MİQ imtahanında ingilis dilindən ən yüksək bal toplayanlar

İyulun 8-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində ingilis dili fənindən də yüksək bal toplayanlar qeydə alınıb.

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən Viral.az-a verilən məlumata görə, dünənki MİQ imtahanlarına ingilis dili fənni üzrə 5 946 namizəd dəvət olunmuşdu. Ümumilikdə 80% davamiyyət qeydə alınıb.

Artıq ingilis dili fənni üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Son Yazılar:

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Viral.az ingilis dili fənni üzrə yüksək bal toplayan müəllimləri təqdim edir: