Naxçıvanda velosiped yarışı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan şəhərində 10 kilometr məsafə üzrə velosiped yarışı keçiriləcək.

Muxtar republikanın Gənclər və İdman Nazirliyindən Viral.az-a bildirilib ki, 14 yaşdan yuxarı hər kəsin qatıla biləcəyi yarışda iştirakçılar Heydər Əliyev Muzeyinin önündəki start xəttindən başlayaraq, öncədən müəyyənləşdirilmiş marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksinədək olan məsafəni qət edəcəklər.

İştirakçılar yarışa velosiped və idman geyimi ilə qatılmalı, şəxsiyyət vəsiqəsinin surətini təşkilatçılara təqdim etməlidirlər.

Son Yazılar: