Müəllimlərin NƏZƏRİNƏ – Apellyasiya müraciətlərinə start verildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Azərbaycan dili (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı.

Bu barədə Viral.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Son Yazılar:

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Qeyd edək ki,apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.