Sertifikasiyadan kəsilən müəllimləri kimlər əvəz edəcək? – Ekspertdən AÇIQLAMA

Bildiyiniz kimi keçən ay orta məktəblərdə çalışan müəllimlər üçün sertifikasiya imtahanı keçirilmişdir. Bu imtahandan bir çox müəllim yüksək nəticələr əldə etsələr də, bəzi müəllimlər istənilən balı toplaya bilməyib və onların əmək müqaviləsinə xitam verilib.

Bəs az bal toplayaraq işindən azad olan müəllimlərin yerinə kimlər gələcək? O, müəllimləri kimlər əvəz edəcək?

Viral.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə Turkustan.az-ın suallarını cavablandırıb.

Son Yazılar:

Qəbul imtahanına antiterror tədbirlərindən suallar salınacaq-Ekspert şərh  etdi | Informator informasiya portalı

Ekspert bildirib ki, “müəllimlərin sertifikatlaşdırma prosesində son olaraq 4909 nəfər kəsilib və onların əmək müqaviləsinə xitam verilib. Yeri gəlmişkən bu 4909 nəfər təkrar sertifikasiyadan kəsilən şəxslərdir. Yəni minlərlə müəllim birinci dəfə sertifikasiyada kəsilmişdi. Amma onlara nazirlik tərəfindən şans yaradıldı və 1 ildən sonra həmin şəxslər yenidən imtahan verdilər. Təbii ki, böyük hissəsi işlə təmin olundu, nəticəni yaxşılaşdıraraq məktəbdə qalmağı bacardılar. 4909 nəfəri isə ikinci dəfə də uğursuz nəticə göstərərək təkrar sertifikasiyada kəsilməli oldular. Beləliklə onların əmək müqaviləsinə yəqin ki, yaxın gələcəkdə xitam veriləcəkdir.

Onları kim əvəz edəcək sualına gəldikdə isə, sertifikasiyanın əsas məqsədi ondan ibarətdir ki, burada layiq olan ələkdən keçirilmiş müəllimlər, tədris prosesini, pedaqoji prosesi, öz ixtisasını daha mükəmməl bilən şəxslər müəllim kimi qalmalı və onların əmək haqqında artım həyata keçirilməlidir. Bununla da ən bacarıqlı müəllimlər üçün stimullaşdırıcı addımlar atılmalıdır. Biz bundan tamamilə razıyıq. Həqiqətən də layiq olan, savadına, peşə bacarığına, yaradıcı yanaşmasına görə digərlərindən fərqlənən şəxslərin əlavə maaş alması və məktəbdə saxlanılması daha yaxşıdır. Biz kəsilənlərə də uğurlar arzu edirik, amma dünya haqlı şəkildə rəqabət mühitidir ki, bir şəxs öz peşəsinə görə cəmiyyətə daha verimli və daha faydalı olsun. Bu da bir reallıqdır və biz bu reallıqla barışmalıyıq. Onları kimlər əvəz edir sualına gəldikdə isə hər il müəllimlərin işə qəbulu müsabiqəsi həyata keçirilir. Orada iştirak edən çoxsaylı savadlı və bacarıqlı müəllimlər var ki, test imtahanı mərhələsində və müsahibə mərhələsində müsbət nəticə göstərsələr də işlə təmin oluna bilmirlər. Çünki çox az sayda vakant yerlər vakansiyaya çıxarıldığı üçün ən yüksək ballar toplayanlar işlə təmin olunurlar. Geridə qalanlar isə ehtiyat rezerv kimi saxlanılır. Məhz onların haqqıdır ki, işdən çıxarılan müəllimləri onlar əvəz etsinlər. Bu müəllimlər sözün həqiqi mənasında təhsilə daha acdırlar. Onlara şərait yaradanda biz bunun effektini də tezliklə görürük. Məsələn: rayonların birində bir-neçə il bundan əvvəl coğrafiya fənni ilə bağlı cəmi cümlətani 3 ya da 5 vakant yer var idi. Həmin rayonun coğrafiya fənni üzrə çox yüksək bal toplayan azı 10-15 nəfərini elə mən tanıyıram. Təbii ki, hamısı deyil deyək ki, bu 3-4 nəfər işlə təmin olundu. Yaxşı bəs qalan 100 nəfər nə olacaq? Həmin şəxslər işsiz qalmamasından və cəmiyyətimizə daha faydalı olmasından ötəri onların sertifikasiyadan kəsilən müəllimlərlə həmin əvəz olunması, daha ədalətli seçim olar deyə düşünürük”.