ABŞ prezidenti Co Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitində təsadüfən səhv danışaraq Ukrayna prezidenti Vladimir Zelenskini “prezident Putin” adlandırıb.
Viral.az-ın məlumatına görə, Baydenin bu hərəkəti dünya mediasının əsas xəbərlərindən birinə çevrilib.
“İndi isə sözü təkcə cəsarəti yox, həm də qətiyyəti olan Ukrayna prezidentinə vermək istəyirəm. Xanımlar və cənablar, prezident Putin”, – deyə Bayden çaşıb.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
O, səhvini tez anlayıb və deyib: “Prezident Putin? O, (Zelenski) prezident Putini məğlub edəcək. Mən prezident Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki, bundan narahat olmalıyıq”.
Yaxınlıqda dayanan Zelenski “mən daha yaxşıyam” deyə zarafat edib.
“Sən daha yaxşısan”, – Bayden deyib.