Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.
Viral.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan BRİKS Parlament Forumunda deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhədçiləri yerləşdirilib.
Son Yazılar:
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır”, – Rubinyan bildirib.
O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlı olduğunu vurğulayıb.
Rubinyanın sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri təkcə region ölkələri üçün deyil, həm də birləşdirici amilə çevrilə bilər.
“Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin davamlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır”, – Rubinyan bildirib.