Demokrat donorlar Baydenin seçki kampaniyasına ianəni dayandırdı

ABŞ Demokratik Partiyasına bəzi əsas donorlar 90 milyon dollar məbləğində ianələrin köçürülməsini partiya prezident seçkilərində Co Baydenin yerinə yeni namizəd tapana qədər dayandırıb.

Viral.az xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bəzi sponsorlar qarşıdan gələn prezident seçkilərində demokratların konkret kimin namizəd olacağı bəlli olana qədər heç bir qərar qəbul etmək fikrində deyillər.

Son Yazılar:

Jurnalistlər qeyd ediblər ki, “bu, Baydenin debatdakı zəif fəaliyyətinin nəticələrinin ən konkret nümunələrindən biridir”. Qeyd edilir ki, vəziyyət iyulda Baydenin seçki kampaniyası üçün vəsait toplamaqla bağlı problemlərlə mürəkkəbləşir, çünki bir çox əsas donor hazırkı prezidentin qalib gəlmək qabiliyyətinə şübhə edir.

Xatırladaq ki, Bayden və Tramp arasında ilk televiziya debatı iyunun 27-də axşam saatlarında CNN-in Atlantadakı studiyasında baş tutub. Çoxları Baydenin performansını uğursuz hesab edirdi. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times”ın redaksiya heyəti Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.

İyulun 4-də bildirildi ki, Bayden Trampla debatda uğursuzluğa düçar olduqdan sonra ABŞ Demokrat Partiyasının nümayəndələri ABŞ-nin hazırkı prezidentini prezidentlik yarışında əvəz etməyin mümkünlüyünü yox, yolunu müzakirə edirlər.

Həmçinin bildirilirdi ki, bir qrup demokrat donor, Co Bayden yarışdan geri çəkiləcəyi təqdirdə ABŞ prezident seçkilərində demokrat namizədlər üçün debatların təşkili üçün 2 milyon dollar ianə vəd edib.

(redaktor.az)