“Səhvlər edirəm, adları qarışdırıram” – Baydendən ETİRAF

ABŞ Prezidenti Cozef Bayden çıxışlarında tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib, lakin seçki yarışından çəkilməyəcəyini bildirib.

 

Viral.az xəbər verir ki, Baydenin etirafı iyulun 12-də Miçiqanda keçirilən mitinqdə səslənib.

Son Yazılar:

 

Mitinq Amerikanın aparıcı telekanalları tərəfindən yayımlanıb.

 

“Debatlardan sonra mətbuatın mənə tənqidlərlə hücum etdiyini görmüsünüz. Mən çoxlu səhvlər edirəm, bəzən adları qarışdırıram”, -deyə o təsdiqləyib.

 

Bayden, həmçinin, şikayətlənib ki, media onun əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

 

Seçki yarışından çəkilməyəcəyini bildirən Bayden deyib: “Biz seçkidə iştirak edirik və qalib gələcəyik. Mən heç yerə getməyəcəyəm”.

 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayın sonlarında təsdiqləməlidir.