Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Zirə”nin Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Klubun mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Şerif” matçını qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Son Yazılar:
- İslandiyada zəlzələ OLDU
- Ən gənc milyarderin 19 yaşı VAR
- Ermənistanda ordunun Baş Qərargahının sabiq rəisinə qarşı cinayət işi AÇILDI
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Qeyd edək ki, Moldovada oynanılan ilk görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.