Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var.
Viral.az xəbər verir ki, şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb.
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.