Ağır qəzada xəsarət alanlar müəllim və həkim imiş…

Xəbər verdiyimiz kimi, ötən gün Lerikdə “Niva” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Qəza axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, “meşə yolu” deyilən ərazidə baş verib. Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Viral.az-ın əldə etdiyi məlumata görə, Balabəy Əzim oğlu Həmidov hazırda təqaüddə olan kimya-bialogiya müəllimidir. Xəsarət alanlardan digəri Kamal Balamirzə oğlu Kazımov isə həkim kimi çalışıb.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Son Yazılar:

Yusif EYVAZLI