NATO Cənubi Qafqaz regionunda sabitliyin və ABŞ və Avropa İttifaqının (Aİ) iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyin vacibliyini vurğulayıb.
Viral.az xəbər verir ki, bu barədə təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Amerikanın Səsi”nin erməni xidməti ilə söhbətində danışıb.
Son Yazılar:
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
O deyib ki, NATO Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir.
“Qafqazda sabitliyə nail olmaq üçün münasibətlərin tənzimlənməsi həm regionun, həm də NATO-nun maraqlarına uyğundur. Qafqaz NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionuna birbaşa təsir edir
Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş, Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müsbət irəliləyişlərlə bağlı nikbinlik var.
NATO gələcəkdə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməyə hazırdır”, – Kolomina qeyd edib.