Blenkenin müavini Ermənistanda səfərdədir 

ABŞ dövlət katibi Entoni Blenkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdədir.

 

Viral.az xəbər verir ki, bu barədə o, özünün X mikrobloqunda yazıb.

Son Yazılar:

 

 

O, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ilə görüşüb.

 

“Biz demokratik qanunun aliliyini, korrupsiyaya qarşı mübarizəni və məhkəmə islahatlarını təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik”, – Uzra Zeya vurğulayıb.

 

Qeyd edək ki, o, bundan əvvəl Gürcüstanda səfərdə olub.