Cənubi Afrika Respublikası (CAR) ölkədə elektrik enerjisi çatışmazlığı problemini həll etmək üçün nüvə enerjisi sənayesini inkişaf etdirəcək.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu CAR-ın elektrik və energetika naziri Kqosientşo Ramokqopa milli birlik hökumətinin siyasətinin əsaslarını hazırlamaq üçün Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl bildirib.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
“Cənubi Afrika hökuməti enerji böhranının öhdəsindən gəlmək üçün nüvə satınalma proqramı təqdim edəcək. Söhbət 2,5 min MVt istehsal gücündən gedir. İndi biz ödəyə biləcəyimiz miqyas və tempdən danışırıq”, – o qeyd edib.
Daha əvvəl Ramokqopa bildirmişdi ki, Cənubi Afrikada yeni atom elektrik stansiyasının tikintisi üçün büdcənin təsdiqi son mərhələdədir və qərar 2024-cü ilin avqustunda qəbul edilə bilər.
Son illərdə Cənubi Afrika əhəmiyyətli elektrik çatışmazlığı ilə üzləşib və bu, ölkə daxilində uzun müddət davam edən işıqların kəsilməsinə səbəb olub.