Keniyalı idmançı Beatris Çebet 10 min metr məsafəyə qaçışda dünya rekordu qırıb.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
Viral.az TASS-a istinadən xəbər verir ki, Çebet Yujin şəhərində (ABŞ, Oreqon) keçirilən yarışlarda yeni dünya rekordu müəyyənləşdirib.
Keniyalı idmançı yarışda 10 000 m məsafəni 28 dəqiqə 54,14 saniyəyə başa vuraraq 10 km məsafəni 29 dəqiqəyə qaçan ilk idmançı oldu.
Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) müəyyən edilib.
Beatris Çebetin 24 yaşı var. O, 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş (2022-ci il) və bürünc (2023-cü il) mükafatçısıdır.