Serbiya Daxili İşlər Nazirliyinin xüsusi antiterror bölməsinin əməkdaşları ər-arvadı öldürən, daha bir nəfəri isə yaralayan 89 yaşlı cinayətkarı məhv ediblər.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
“Bu gecə xüsusi antiterror bölməsinin əməkdaşları Maydanpek şəhəri yaxınlığındakı Topolnitsa kəndində ər-arvad 1955-ci il təvəllüdlü R.Y. və 1956-cı il təvəllüdlü R.Y.-ni tüfəngdən atəş açaraq qətlə yetirmiş və 1965-ci il təvəllüdlü M.N.-ni yaralamış qatil 1935-ci il təvəllüdlü P.P.-ni zərərsizləşdiriblər”, – nazir bildirib.
Son Yazılar:
- Milli Məclisdə 2025-ci il üçün büdcə zərfinin müzakirəsi BAŞLADI
- Bu il Gürcüstanda prezident seçkiləri KEÇİRİLƏCƏK
- Bakıda küləyin gücü saniyədə 23 metrə çatdı
Daçiç qeyd edib ki, danışıq cəhdlərinə, gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edilməsinə baxmayaraq, şəxs təslim olmaqdan imtina edib və əlindəki tapança ilə polisə müqavimət göstərib: “Bundan sonra polis qanunvericiliyinə və polisin səlahiyyətlərinə uyğun olaraq, xüsusi antiterror bölməsinin əməkdaşları onu məhv etdi”.
Xatırladaq ki, hadisə iyulun 15-i axşam saatlarında baş verib. Belə ki, şübhəli şəxs münaqişə zəminində qonşuluqda yaşayan ər-arvadı güllələyərək öldürüb, daha bir nəfəri yaralayıb və meşədə gizlənib. Əməliyyat zamanı Daxili İşlər Nazirliyi PUA, gecəgörmə cihazları və helikopterdən istifadə edib.
(redaktor.az)