Azərbaycanda qatar relsdən çıxdı

16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində Biləcəri stansiyasına doğru hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Viral.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

“Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır”, – məlumatda vurğulanıb.

Son Yazılar: