2030-cu ildə Qazaxıstanın iştirakı ilə Ay stansiyası layihəsinin aktiv fazasına start veriləcək.
Viral.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.
Son Yazılar:
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada kəskin ARTIM
- İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür
- COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə bağlı qərar qəbul OLUNDU
Onun sözlərinə görə, Çin tərəfi ilə 2030 – 2035-ci illəri əhatə edən aktiv fazanın, o cümlədən tikintinin aparılmasını nəzərdə tutan memorandum imzalanıb.
“Stansiya özü Ayda və ya orbitdə yerləşəcək. Onun məqsədi elmi tədqiqatların aparılmasıdır. Hazırda tədqiqatların hansı formada aparılacağı – Ayda insanların daimi mövcudluğu və ya robotların cəlb edilməsi, ya da başqa variantalar müzakirə edilir”, – deyə nazir izah edib.
O, qeyd edib ki, hazırda layihə başlanğıc mərhələdədir, buna görə də hər hansı maliyyələşdirmə hələ müzakirə olunmur.