Şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA

İyulun 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən xəbərə görə, iyulun 19-u saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, gündüz saatlarında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.


Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb.

Son Yazılar:

Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub.

İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.