Gələn ay peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayacaq

Avqustun 25-də 2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılacaq.

Viral.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

O qeyd edib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.

Son Yazılar: