Azərbaycanın sədrliyi ilə keçiriləcək COP29-un örnək olması üçün öhdəlik götürmüşük.
Viral.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
Son Yazılar:
- Yol polisi bu şəxslərə müraciət ETDİ
- Vilayət Eyvazov bu rayonda qəbul KEÇİRİLƏCƏK
- Ronaldo bir daha adını tarixə yazdırdı
Nazir bildirib ki, COP29-da ticarət, enerji, rəqəmsallaşma təhsil, sağlamlıq, turizm, nəqliyyat, gender bərabərliyi və.s sahələri əhatə ediləcək, ən yaxşı təcrübələr bölüşüləcək:
“Biz bütün tərəfləri bir araya gətirməyə çalışırıq. “Heç kimi geridə qoyma” əsas prinsipimizdir. COP29-da iqlimlə bağlı əziyyət çəkən bütün icmaları diqqətdə saxlayacağıq. Dayanıqlı inkişaf və inklüziv nəticələr əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik”.
M.Babayev qeyd edib ki, artıq COP29 sədrliyi tərəfdaşlarına ilk məktubu göndərib.