Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasına rəhbərlik edə bilər.
Viral.az xarici mətbuata istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyası boş qalan posta 59 yaşlı mütəxəssisi təyin etmək istəyir. Bununla bağlı veteran oyunçu ilə müzakirələr aparılıb.
Son Yazılar:
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
Razılıq əldə olunarsa, G.Haci ilə rəsmi müqavilə imzalanacaq.
Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.
Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.