“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırırıq ki, onların Dini-Psixoloji Komissiya üzrə qeydiyyatı davam edir.
Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətindən Viral.az-a bildirilib ki, Aİİ-nin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 22 iyuldan 28 iyul saat 23:59-dək göstərilən link (//eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə Dini-Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.
“İslamşünaslıq” ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.
Son Yazılar:
- Yol polisi bu şəxslərə müraciət ETDİ
- Vilayət Eyvazov bu rayonda qəbul KEÇİRİLƏCƏK
- Ronaldo bir daha adını tarixə yazdırdı
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin “İslamşünaslıq” ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.
DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində “İslamşünaslıq” ixtisasını qeyd edə biləcəklər.
III ixtisas qrupunun “İslamşünaslıq” ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsinə əsasən) topladığı ümumi bal əsasında aparılır.