İsti havada bədənin qəfil soyudulması, məsələn buzlu su, soyuq vanna, hovuza girmək ürəyə neqativ təsir edə bilər.
Viral.az “medicina”ya istinadən xəbər verir ki, kardioloq İrina Polyayeva soyuq suyun yaradacağı problemlərdən danışıb:
“Bədəni isti insanın soyuq buz kimi suya girməsi qanda adrenalini artırır, bu isə damarların kəskin spazmına səbəb olur. Bu zaman reflektor olaraq ürəyin işi artır, daxili orqanların qanla dolması artır.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Xroniki olaraq artıq xəstə və yaşlı insanın ürəyi bu yüklənməyə tab gətirməyə bilər.
Soyuq buzlu su ürək yığılmalarını artırır, bu da aritmiya və digər ürək problemlərinə səbəb ola bilər.
Ürək və şəkər xəstələri istidə soyuq maye qəbulu, soyuq qida, buz və soyuq suda çimməkdən qaçmalı, eləcə də istidən qəfil soyuq kondinsionerli məkana girməməlidirlər.
Əks təqdirdə ürək istidən yox, soyuqdan dayana bilər”.