ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin istefasını istəyir

Amerikalı seçicilərin əksəriyyəti bu fikirdədir ki, ABŞ prezidenti Co Bayden vaxtından əvvəl vəzifəsini tərk etməlidir. 

Viral.az “gazeta.ru”ya istinadən xəbər verir ki, “Rasmussen Reports”un sorğusuna görə, bu fikri respondentlərin 52%-i dəstəkləyir.

Araşdırmaya görə, amerikalıların təxminən 76%-i ABŞ prezidentinin seçki yarışından geri çəkilmək qərarını müsbət qiymətləndirir. Onlardan 53%-i Baydenin bu addımını tam dəstəkləyir. Respondentlərin yalnız 18%-i Ağ Ev rəhbərinin seçki kampaniyasının dayandırılmasının əleyhinə olub.

Son Yazılar:

Qeyd edək ki, iyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan edib.

(redaktor.az)