“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl ilk dopinq faktı aşkarlanıb. O, iraqlı cüdoçudur.
Viral.az xəbər verir ki, iyulun 26-da “Paris-2024” Olimpiya Oyunları üçün açılış mərasiminin başlamasına bir neçə saat qalmış ilk dopinq hadisəsi müəyyən olunub. “Marca” iraqlı cudoçu Sajjad Sehenin testinin müsbət olduğunu açıqlayıb.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən iyulun 23-də Parisdə keçirilən testlərdə anabolik androgen steroid hesab edilən boldenon və metandienonun izlərini aşkar edilib. İraqlı cüdoçu mümkün apellyasiyaya qədər yarışdan kənarlaşdırılıb, o məşq də edə bilməz.
Sajjad Sehen “B nümunəsi”nin təhlilini tələb edə və ya İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. 81 kq çəki dərəcəsində mübarizə aparan iraqlı “Arena Champ-de-Mars”da 32-də bir finalda özbək Şərofiddin Boltaboyevə qarşı olimpiya turnirində iştirak etməli idi.