Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Viral.az xəbər verir ki, sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hisəsi, saat 10:00-dan saat 12:00 kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri aiddir.
Həmçinin saat 10:00-dan saat 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan saat 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan saat 12:30-dək Lerik rayonunun bir hisəsi və Siyov kəndidə də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI