İranın yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə 300-dən çox xarici qonağın qatılacağı gözlənilir.
Viral.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib .
O, prezident Pezeşkianın andiçmə mərasiminin çərşənbə axşamı keçiriləcəyini açıqlayıb.
Son Yazılar:
- Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
- Bakıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO
- Britaniyanın Rusiyadakı səfirinə etiraz notası VERİLDİ
Səlimi bəyan edib ki, andiçmə mərasimində ölkənin yüksək rütbəli rəsmiləri ilə yanaşı, 80-dən çox nümayəndə heyəti və 300-dən çox xarici qonaq iştirak edəcək.
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində rəsmi səlahiyyətlilərin, yüksək səviyyəli siyasi və hərbi rəsmilərin, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə keçiriləcək.