İranın yeni Prezidenti Məsud Pezeşkian ilk təyinatını edib.
Viral.az xarici mediaya istinadən xəbər verir ki, o, 72 yaşlı Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
Ona qədər bu postu Məhəmməd Möhbər tuturdu. O, seçkilərə qədər müvəqqəti olaraq İran Prezidenti vəzifəsini icra edib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Qeyd olunub ki, Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.