Arvadını öldürən kişi könüllü olaraq polisə təslim oldu

Ucarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ucar rayon prokurorluğundan Viral.az-a verilən məlumata görə, iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Son Yazılar:

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.