Müğənni Leyla Rəhimova ayrıldğı həyat yoldaşın Zaur Cəlildən danışıb.
Viral.az xəbər verir ki, ifaçı bu haqda “Nigar xanım” verilişindən danışıb. O bildirib ki, birlikdə olduqları zaman həyat yoldaşı onun telefonunu izləyib:
“Həyat yoldaşım telefonumu izləyirdi. Anamla mesajlarımızı oxuyurdu. Buna razı deyildim, amma “baxma” deyə bilmirdim. Mən isə onun telefonuna baxa bilməzdim, qoymurdu”.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur “Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son” deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. // Axşam.az