“Rusiyanın Ukraynada başlatdığı müharibə bitəcək. Bu proses təbiidir”.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məzunlar qarşısında çıxış edərkən bildirib.
Son Yazılar:
- Saxta xəbərlərə daha çox inanan BÜRCLƏR
- Paşinyan xahiş etdi, iclas Peterburqda OLACAQ
- Premyer Liqada çıxış edən futbolçu “Real”ın diqqət mərkəzinə DÜŞDÜ
Budanov qeyd edib ki, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün həlledici nəticələr verəcək qlobal məsələlər həll olunur.
“Müharibə mütləq başa çatacaq, bu təbii prosesdir və bundan sonra bizim qarşımızda az vacib və mürəkkəb olmayan vəzifələr qalacaq”, – deyə Budanov bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, istənilən irəliləyiş müqavimətlə qarşılaşır və bu, normaldır.