Ərdoğanın Olimpiadanın açılışına qatılmamasını nəvəsi istəyibmiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi LGBT təbliğatına görə Olimpiadanın açılışına getməməsini xahiş edib.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyə lideri tədbirdə iştirakdan imtina etməsini hakim Ədalət və İnkişaf Partiyasının baş qərargahında çıxışı zamanı izah edib.

“13 yaşlı nəvəm mənə dedi ki, baba, ora getmə. Səbəbini soruşdum. O, orada LGBT təbliğatını nümayiş etdirəcəklərini deyərək cavab verdi”.

Son Yazılar:

Ərdoğan bildirib ki, ilk fürsətdə Roma Papası Fransiskə zəng edəcək və Olimpiadanın açılışında nümayiş etdirilən biabırçılıqla bağlı tənqidini bölüşəcək.

(redaktor.az)